
Almaniyada 2025-ci ilin payızında keçiriləcək və Ukraynaya yardımı gecikdirəcək seçkilərə görə Avropa İttifaqı (Aİ) ittifaq büdcəsi layihəsini qəbul edə bilməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“Avropa İttifaqının təsisatları Avropa seçkilərinə görə iflic vəziyyətinə düşüb. Aİ bürokratları 2025-ci ilin payızında Almaniya seçkilərinin nəticələrini gözlədiyi üçün indi ittifaq yeni büdcənin, o cümlədən Ukraynaya yardımın qəbulunda daha bir il gecikmə ilə üzləşir”– deyə qəzet xəbər verir.
Bundan əlavə, mənbələr nəşrə bildiriblər ki, avropalı diplomatlar və rəsmilər Avropa İttifaqının uzun müddət ilişib qalacağı dalan vəziyyətindən narahatdırlar.
Avqustun 30-da Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Aİ ölkələri Ukraynaya yardım göndərilməsi səbəbindən öz hərbi ehtiyatlarını tükəndiriblər.