
Yerli polisin məlumatına görə, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədənində silahlılar azı 20 nəfəri öldürüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücumçular cümə günü sübh saatlarında vilayətin Duki rayonunda Junaid Coal Company mədənlərində işçilərin yaşadığı yerlərə basqın edərək, adamları toplayıb və atəş açıblar.
“Reuters” xəbər verir ki, Duki xəstəxanası 20 cəsədi qəbul edib və 6 yaralıya tibbi yardım göstərir.
Polisin sözlərinə görə, işçilər ağır silahlarla, o cümlədən raket və qumbaraatanlarla hücuma məruz qalıb.
Orxan Saffari