Avstraliya və Çin alimlərinin birgə araşdırması - 162 min virus növü aşkar edilib

  • By Günel
  • 11 Oktyabr 2024 00:22

Avstraliya və Çin alimlərinin birgə fəaliyyəti nəticəsində süni intellekt texnologiyası ilə təxminən 162 min yeni virus növü aşkar edilib.

Gununsesi.info xəbər verir ki, Sidney Universitetinin internet saytında verilən açıqlamaya görə, Sidney Universiteti və Çin Milli Təbiət Elmləri Fondu da daxil olmaqla bir çox institutun tədqiqatçıları, süni üsullarla genetik materialı RNT (ribonuklein turşusu) olan 161 min 979 yeni virus növü aşkar ediblər.

Süni intellektlə dərin öyrənmə alqoritminin yaradıldığı araşdırmada elm adamları virusları kəşf etmək üçün 47 min 250 nukleotidə qədər uzanan virus genomları kimi genetik ardıcıllıq məlumatlarını hesablamaq üçün LucaProt adlı dərin öyrənmə alqoritması yaratdılar.

Tədqiqatçılar aşkarlanan virusların əksəriyyətinin məlumatlarının mövcud verilənlər bazalarında olduğunu və bu məlumatların süni intellekt texnologiyasından istifadə edilərək təşkil edildiyini və kateqoriyalara bölündüyünü bildiriblər.

Tədqiqatın müəlliflərindən biri olan Edvards Holms araşdırmanı “Yer üzündə həyatın gizli hissəsinə açılan bir pəncərə” olaraq xarakterizə edərək, bu araşdırmanın tək bir araşdırmada kəşf edilən ən çox sayda yeni virus növü olduğunu vurğulayıb.

Günel Həsənova

Gununsesi.info