ATƏT-də böhran içindədir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilkin məqsədlərindən uzaqlaşdığı üçün böhran içindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktor əvəzi İqor Kapırin məlumat verib.

“Avropada əməkdaşlıq yoxdur, təhlükəsizlik yoxdur və hər ikisinin olmamasını müzakirə etmək imkanı yoxdur”– deyə o vurğulayıb.

Onun sözlərinə görə, ATƏT belə bir fürsət yaratsa da, “keçmiş tərəfdaşlar” dialoq istəmirlər. Nümunə kimi o, Praqada Rusiya nümayəndələrinin viza almadığı iqtisadi və ekoloji forumu göstərib.

Eyni zamanda, Kapırin qeyd etdi ki, təşkilatın formatı tərəfdaşlarla qarşılıqlı əlaqə üçün faydalıdır.

 

 

Gununsesi.info