
Keçmiş prezident Barak Obama amerikalıları Kamala Harrisə səs verməyə çağırıb.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, cümə axşamı Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən təşviqat mitinqində o, tamaşaçılara “telefonunuzu yerə qoyun, dostlarınızı və ailənizi götürün, 5 noyabr ABŞ seçkilərində hazırkı Demokratik vitse-prezidentə səs verməyə” gedin deyib..
Obama həm də respublikaçı rəqibi Trampa müxtəlif məsələlərdə – iqtisadiyyat və abortda da hücum edib.
QEyd edək ki, Tramp da cümə axşamı Miçiqan ştatında kampaniya apararaq, Joe Biden-Kamala Harris administrasiyasını ölkəni məhv etməkdə günahlandırıb.
Orxan Saffari