Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

  • By Günel
  • 10 Oktyabr 2024 19:55

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Biləsuvar, Bakı-Kürdəmir, Sumqayıt-Göyçay, Bərdə-Şəki, Bərdə-Naftalan, Gəncə-Qəbələ, Gəncə-Zaqatala, Mingəçevir-Ağcabədi, Mingəçevir-Ağdaş şəhərlərarası, eləcə də paytaxtın 159 nömrəli şəhərdaxili, 156 nömrəli və 508 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Gununsesi.info -nun APA -ya istinadən xəbərinə görə, sənədlər 8 noyabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

Gununsesi.info