Almaniyada kinoteatrda atışma: – Bir nəfər güllələndi - Bir nəfər güllələndi

Almaniyanın Krefeld şəhərindəki kinoteatrda eşidilən silah səsləri panikaya səbəb olub.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Krefeld polisindən əldə edilən məlumata görə, kinoteatrı yandırmağa cəhd edən bir şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib .

Yanğın törətmək istəyən şübhəli yaralı olaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, polis şübhəlinin tək hərəkət etdiyini deyib.

Araşdırmalar davam edir. 

Orxan Saffari

Gununsesi.info