Babayev Baydenin müşavirinə başsağlığı verdi

  • By Günel
  • 10 Oktyabr 2024 19:35

COP29 prezidenti Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Muxtar Babayev “Helen” və “Milton” qasırğalarının nəticələri ilə əlaqədar baş müşavirə başsağlığı verib. Hər iki tərəf COP29-un uğurla həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər”, – paylaşımda bildirilib.

Gununsesi.info