Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

  • By Günel
  • 10 Oktyabr 2024 20:33

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Elgün Mahmudov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info