Şamaxıda yol qəzası olub, xəsarət alan var

  • By Günel
  • 25 Dekabr 2024 09:05

Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, avtomobilin aşması nəticəsində sərnişin, 1997-ci il təvəllüdlü Oqtaylı Mehin İlqar qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Həkimlər M.Oqtaylının vəziyyətini ağır qiymətləndirir, o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info