
İran Suriyaya uçuşları yanvarın 22-dək dayandırdığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hossein Purferzane deyib:
“Bir ölkəyə uçmaq üçün təyinat ölkəsi giriş icazəsi verməlidir. Hazırda Suriyaya uçuşlar yanvarın 22-dən və Yeni il bayramından sonra həyata keçiriləcək, lakin uçuş yoxdur.”
Oxşar vəziyyətin yaşandığı Misirlə bağlı iki ölkənin səlahiyyətlilərinin ortaq qərara gəlməsi lazım olduğunu bildirən Purferzane, İrandan Misirə, Misirdən İrana uçuşlar edilə biləcəyini bildirib.
Orxan Saffari