Tovuzda daha bir kütləvi zəhərlənmə

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info bu barədə APA-ya istinadən xəbər verir.

Rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.

Qeyd edək ki, oktyabr ayında da Tovuzun Qovlar şəhərində yaşayan 18 nəfər dönərdən zəhərlənib.

 

 

 

Gununsesi.info