
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək işi üzrə növbəti məhkəməsi keçirilib.
Gununsesi.info APA-ya istinadən məlumat verir ki, Saakaşvilinin vəkili Beka Basilaya həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edib.
Hakim Mixeil Cincolia müttəhimin yeni cinayətlər törətməsinin və qaçma təhlükəsinin mövcudluğunu nəzərə alaraq vəsatəti təmin etməyib.
Xatırladaq ki, sabiq Prezident Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb.