Nikol Paşinyanda virus aşkarlanıb

  • By Günel
  • 25 Dekabr 2024 08:32

Ermənistanın baş naziri Nikol Paşinyanda koronavirus aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, baş nazir bu barədə “facebook” səhifəsində yazıb.

“Bazar ertəsi, dekabrın 23-də COVID-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-ü və 24-də özümü təcrid etdim və evdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.

Həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.

Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, – baş nazir vurğulayıb.

Gununsesi.info