Gəncədə bir gündə 2 piyadanı maşın vurdu - Biri öldü

  • By Günel
  • 23 Dekabr 2024 22:21

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Gununsesi.info məlumatına görə, şəhər sakini 1962-ci il təvəllüdlü Ayaz Şirməmmədovu maşın vurub.

Nəticədə piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən avtomobilin markası və seriya nömrəsi dəqiqləşdirilir.

Şəhər ərazisində baş verən digər qəzada isə

1969-cu il təvəllüdlü Quliyev Nizami Sabir oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Piyadaya ilkin yardım göstərilib, vəziyyəti orta-ağıdır.

Gununsesi.info