2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib

  • By Günel
  • 24 Dekabr 2024 18:57

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.

Beləliklə, ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan manatdan 285 manata qaldırılıb.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Gununsesi.info