
Cəlilabad şəhərindəki otellərdən birində yanğın başlayıb.
Gununsesi.info Report-a istinadla xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.