Sumqayıtda 13 yaşlı qız itkin düşüb

  • By Günel
  • 25 Dekabr 2024 08:38

Sumqayıtda 13 yaşlı qız itkin düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağları ərazisində qeydə alınıb.

2011-ci il təvəllüdlü P.C dekabrın 24-də yaşadığı evdən məktəbə getmək adı ilə çıxıb və itkin düşüb.

Faktla bağlı polisə məlumat verilib.

Gununsesi.info