Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib

  • By admin
  • 24 Dekabr 2024 15:29

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan ictimai fəal Bəxtiyar Hacıyev  “Qərbi Azərbaycan” İcmasına müraciət edib.

Gununsesi.info xəbər verir ki, əslən Göyçə mahalından olan Hacıyev İcmanın tanınmış simaları –  Əhliman Əmiraslanov, Misir Mərdanov və digərlərindən onun hüquqlarına dəstək olmağı xahiş edib.

Hacıyev müraciətində yazıb ki, Ermənistan hökumətini Qərbi Azərbaycandan olan insanların qayıdış hüququnu tanımasına çalışan  İcma onun da əsas hüquqlarına biganə qalmamasını xahiş edib.

Hacıyev, həmçininona görə həbs edilən dostu Rail Abbasovun ittiham aktında tələb olunan zərəri ödəməsi üçün imkanlı soydaşlarının  dəstək olmasını da xahiş edib.

 

Elmar

Gununsesi.info