Milad bayramı Suriyada tətil elan edilib

Suriyanın yeni administrasiyası Milad bayramına təsadüf edən 25-26 dekabr tarixlərinin rəsmi tətil olacağını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, müvəqqəti hökumət bir sirkulyarda dövlət qurumlarının dekabrın 25-i və 26-da bağlanacağını açıqlayıb.

Milad bayramına təsadüf edən bu günlərdə dövlət işçilərinə rəsmi tətil veriləcəyi bildirilib.

 

Orxan Saffari

Gununsesi.info