2023-cü ildə “İlin ən uğurlu iş qadını” indi dələduzluğa görə hakim qarşısında

  • By admin
  • 24 Dekabr 2024 15:19

 

Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı dələduzluq əməlində ittiham edilir.

Gununsesi.info xəbər verir ki, iş üzrə 132 nəfər zərərçəkən, ümumilikdə 465 min manat zərər var.

İttihama görə, ziyanın 428 min 375 manat hissəsi vətəndaşlara, 37 min manatı isə DSMF-yə vurulub. Müttəhim ziyanın böyük bir hissəsini ödəyib. Məhz bu səbəbdən o, azadlığa buraxılıb. Hazırda 43 min manat ödənilməmiş ziyan qalıb.

Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş qadını” nominasiyasına layiq görülüb.

 

Günay Mahirqızı

Gununsesi.info