Alim Qasımov qızı ilə Şamaxıda konsert proqramı ilə çıxış etdi - FOTOLAR

  • By Günel
  • 24 Dekabr 2024 19:25

Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Şamaxı Rayon Mədəniyyət mərkəzində xüsusi konsert proqramı ilə çıxış ediblər.

Gununsesi.info xəbər verir ki, konsertdə rayonun idarəetmə oqranlarının rəhbərləri, şəhid ailələri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Konsertdə ənənəvi olaraq bir sıra muğamlar, təsniflər və bəstəkar mahnıları səsləndirilib. Şamaxıda uzun illərdən sonra Alim Qasımovun geniş konsert proqramı ilə çıxışı həmyerlilərinin böyük sevinci və alqışları ilə müşahidə olunub.