Məşhur mühafizə şirkətində qanvermə aksiyası keçirilib - Fotolar

Dekabr 23-də  peşəkar mühafizə xidməti “Security Operation Services” ( SOS) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanvermə aksiyası keçirilib.

Adıçəkilən şirkətdən Gununsesi.info-ya verilən məlumata görə, humanist aksiyada “SOS” MMC-nin 60-a yaxın əməkdaşı iştirak edib.

Bildirilir ki, qanvermə zamanı donorların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Həmçinin həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunmuş, hərtərəfli tibbi müayinədən sonra donordan qan götürülüb.

Şirkətin rəhbəri Anar Məmmədov bildirib ki, “SOS” MMC  davamlı olaraq qanvermə aksiyalarına qoşulur.

“Qanvermə aksiyası ölkəmizdə olduğu kimi, şirkətimizdə də bir ənənə halını tapıb. “SOS” MMC – də 2024-cü il ərzində artıq ikinci dəfədir ki, qanvermə aksiyası keçirilir.

Birinci aksiyada şirkətimizin 100 əməkdaşı iştirak etmişdir. Bu gün də 60-a yaxın əməkdaş bu humanist aksiyada iştirab edib.

Bu gün ki, aksiya hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün təşkil olunub.”– deyə A.Məmmədov əlavə edib.

A. Məmmədov onu da vurğulayıb ki, götürülən qan nümunələri laboratoriyada təkrar müayinə edildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, “SOS” MMC 2021-ci ildən bu günə kimi sözügedən aksiyaya davamlı olaraq qoşulur.

 

 

 

 

Şəbnəm

Gununsesi.info