Bakıda cənazə daşıyan avtomobilin sürücüsü bıçaqlanıb

  • By Günel
  • 25 Dekabr 2024 09:00

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu dava zamanı bıçaqlanıb.

Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib.

Xəstənin hazırda əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, A.Abbasquliyev cənazə daşıyan avtomobilin sürücüsüdür.