Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb

  • By Günel
  • 24 Dekabr 2024 19:45

Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

Gununsesi.info -nun yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Qurbanov İslam Vahid oğlu hamamda dəm qazından boğularaq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.

Gununsesi.info