Ramil Usubovun ailəsində xoş gün

  • By admin
  • 24 Dekabr 2024 12:57

Azərbaycanın sabiq daxili işlər naziri, Prezidentin Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun ailəsində toy məclisi olub.

Gununsesi.info-nun xəbərinə görə, Usubovun qız nəvəsi ailə həyatı qurub.

Bildirilir ki, Ramil Usubovun nəvəsi  əslən Gəncə şəhərindən olan məşhur keçmiş prokurluq işçisi  Ələddin Sultanovun ailəsinə gəlin köçüb. Belə ki, Ələddin Sultanovun oğlu Elçin Sultanovun övladı ilə Usubovun nəvəsi nikaha daxil olub.

Bakının məşhur saraylarının birində keçirilən toy mərasiminə dövlət və hökumət nümayəndələri də qatılıb.

Allah xoşbəxt eləsin!

 

Gununsesi.info