İsmayıllıda evdə yanğın - Bir nəfər yanıq xəsarəti alıb

  • By Günel
  • 24 Dekabr 2024 08:39

İsmayıllıda yaşayış evi yanıb, bir nəfər yanıq xəsarəti alıb.

Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Mücühəftəran kəndində qeydə alınıb.

Yanğın kənd sakini 1967-ci il təvəllüdlü İbrahimov İlahət Nurəhməd oğluna məxsus yaşayış evində baş verib.

Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin  yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 160 k/m olan yaşayış evi içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı 1994-cü il təvəllüdlü İbrahimov Camal İlahət oğlu yüngül dərəcəli yanıq xəsarəti alıb.

Gununsesi.info