Türkiyəli nazir: Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir

  • By Günel
  • 24 Dekabr 2024 23:29

Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycanla müzakirələri davam etdirir.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu Ankarada “Türkiyə əsri”ndə nəqliyyat dəhlizləri və tranzit daşıma” mövzulu konfransda çıxışında deyib.

O bildirib ki, Türkiyə müxtəlif vasitələrlə Orta dəhlizin effektivliyini artırmağa çalışır.

Nazirin sözlərinə görə, belə layihələrdən biri də Zəngəzur dəhlizidir.

Gununsesi.info