Maşın piyadanı vuraraq öldürdü

  • By Günel
  • 23 Dekabr 2024 09:19

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, Fərhad Saqir oğlu Şəmsəddinov idarə etdiyi “Tofaş” markalı avtomobillə Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində hərəkətdə olan zaman piyada Simran Vaqif oğlu Qarayevi vurub.

Nəticədə piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.(“Report”)

Gununsesi.info