Şabranda bıçaq azyaşlının ölümünə səbəb olub

  • By Günel
  • 01 Noyabr 2024 20:30

Şabran rayonunun Padar kəndində bıçaqla oynayan azyaşlı ağır xəsarət alaraq ölüb.

Gununsesi.info xəbər verir ki, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə oynayarkən ehtiyatsızlıqdan öz boğazına xəsarət yetirib.

Nəticədə azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info