
İsrail ordusu Livana hücumlarını davam etdirərkən, şəhər mərkəzi Litani çayının şimalında yerləşən Nabatiye üçün təxliyə xəbərdarlığı edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Adraee bununla bağlı açıqlamasında “Hizbullahın silah saxlamaq üçün istifadə etdiyi binada və ya yaxınlığında olsanız, dərhal binanı boşaltın” deyib.
Nabatiyeyə hücumunun davam etdiyi qeyd edilərək, “Hizbullah üzvlərinə və ya silahlarına yaxın olan hər kəs özünü riskə atır” ifadəsi işlədilib.
Livanın Səhiyyə Nazirliyi bu gün İsrail ordusunun Nəbatiyə şəhərinin Deyr əz-Zəhrani bölgəsində bir avtomobili hədəf alması nəticəsində İslam Sağlamlıq Təşkilatından bir həkimin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.
Oktyabrın 16-da İsrail bələdiyyə şurasının iclası zamanı Nəbatiyə Bələdiyyəsi və Bələdiyyələr Birliyinin binalarına hücum etmiş, bu hücumda 16 nəfər həlak olmuş, 52 nəfər yaralanmışdı.
Orxan Saffari