Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var

  • By Günel
  • 31 Oktyabr 2024 22:36

Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var.

Gununsesi.info xəbər verir ki, hadisə Ərtəpə kəndində qeydə alınıb.

“QAZ-53” markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, 1975-ci il təvəllüdlü Məzahir Bağırov dünyasını dəyişib.

Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamil Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info