Sudanda vəba epidemiyasında ölənlərin sayı 852-yə yüksəlib

Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 852-yə yüksəldiyi bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların ümumi sayının 29 min 147-yə çatdığı bildirilib .

Açıqlamada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 852-yə yüksəldiyi qeyd edilib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya riski altında olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.

Orxan Saffari

Gununsesi.info