
Çin hakimiyyəti KXDR ilə Rusiya Federasiyasının yaxınlaşmasından narazıdır, çünki ÇXR yarımadada sabitliyi qorumaq üçün Şimali Koreya üzərində nəzarəti saxlamağa çalışır.
Gununsesi.info xəbər verir ki, bu barədə The Economist yazıb.
The Economist yazır ki, Çin hakimiyyəti Pxenyana təsir imkanlarını itirməkdən narahatdır.
Qeyd olunur ki, bu narazılıq Şimali Koreya üzərində nəzarətin itirilməsi ilə bağlıdır.
Çin rəsmiləri KXDR-in Rusiya ərazisinə hərbçi göndərməsi ilə bağlı rəsmi şərhlərdən çəkinir, lakin qapalı danışıqlarda bu addımlardan narazılıqlarını ifadə edirlər.
Çin uzun müddətdir Şimali Koreyanın əsas ticarət tərəfdaşıdır və bu yaxınlaşma Çin üçün Pxenyanın Çindən daha az asılı olmasına səbəb ola bilər.
Bundan əlavə, Rusiya dəstəyi ilə Kim Çen Inın Cənubi Koreya ilə daha aqressiv siyasət yürüdə biləcəyi ehtimalı Çini narahat edir.
Nəşr qeyd edir ki, münaqişə sərhədə yaxın Çin şəhərlərinə də böyük təsir göstərə bilər.
Şəbnəm