Türkiyə səfiri Elçin Əmirbəyovla görüşüb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə səfir “X” platformasında paylaşımında bildirib.

 

O qeyd edib ki, görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.

 

“Birliyimiz gücümüzdür”, – səfir vurğulayıb.

 

 

Gununsesi.info