
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın qızı Maliyanın atasının soyadını istifadə etmədiyi məlum olub. Barak Obama qızının qərarı ilə bağlı ilk dəfə danışıb.
Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Barak Obama və birinci xanım Mişel Obamanın qızı Maliya rejissordur. 26 yaşlı Obama indi yalnız “Malia” kimi tanınmaq istəyir.
Rejissorluq karyerasında “Obama” soyadını istifadə etməməyə qərar verən Malia “The Heart” filmi ilə 2024 Sundance Film Festivalına qatılıb.

63 yaşlı Barak Obama qızının qərarından danışaraq “The Pivot” adlı podkast yayınında deyib: “Bizim üçün ən böyük problem onlara hər hansı bir yardım göstərməkdə izn vermələrinə şərait yaratmaqdır. Daha sonra övladlarının kömək istəmədiyini bildirən Obama, “Deməli, bu mövzuda çox həssas, çox inadkardırlar” – deyib.

Qızının soyadını istifadə etməməsi ilə bağlı fikirlərini bölüşən Obama bunları vurğulayıb.:
“Dedim ki, onlar sənin kim olduğunu biləcəklər. Qızım dedi: “Mən onların mənim filmimə baxmalarını, ancaq heç bir şəkildə bizimlə bağ qurmaqlarını istəmirəm. Buna görə qızların bu avantajdan istifadə etməmək üçün əllərindən gələni etdiklərini düşünürəm”.

Qızları Maliya və Saşanın indi daha çox ictimaiyyətin diqqətində olduğunu ifadə edən Obama, “Yaşları irəlilədikcə, bəzi paparazzi hadisələri yaşandı və bu, onları hiddətləndirdi, çünki “biz bunların heç birini istəmirik” – deyirlər.

“Maqazin qəzetlərinə deyirəm ki, məni izləyə bilərsiniz. Mənim haqqımda danışa bilərsiniz. Nə lazımdırsa edin. Uşaqlarımı tək buraxın, çünki onların böyümək hüququ var. Onlar bunu seçməyiblər. Qoy böyüsünlər”, – Obama bildirib.
Günel Həsənova