
ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, “Şimal axını 2” qaz kəmərinin tikintisini əngəlləyərək onu “məhv edən” şəxsdir.
Gununsesi.info xəbər verir ki, siyasətçi bu barədə jurnalist Taker Karlsona müsahibəsində bildirib.
“Rusiyanın dostu olduğumu, Rusiya üçün işlədiyimi, rus casusu olduğumu söyləməyi xoşlayırlar. Bu insanlar xəstədir”– deyə Tramp vurğulayıb.
Eks-prezident xatırladıb ki, 2019-cu ildə tikinti iştirakçılarına qarşı sanksiyalar tətbiq etdiyi üçün “Şimal axını 2”nin tikintisi məhz onun dövründə bloklanıb.
Siyasətçi qeyd edib ki, qaz kəmərinin tikintisi Moskva üçün mühüm vəzifədir, çünki o, Rusiyadan Almaniyaya və bütün Avropaya aparan dünyada ən böyük qaz kəməri idi.
Bundan əvvəl Tramp keçmiş müstəqil prezidentliyə namizəd Robert Kennediyə qalib gələcəyi təqdirdə administrasiyasında işlə təmin olunacağını vəd etmişdi.