Bu gün dünyada və bizdə nələr baş verib?

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində hücumarını davam etdirib. 

Bəs tarixdə bu gün başqa hansı mühim hadisələr baş verib?

Gununsesi.info tarixdə 1 noyabr günü baş verən mühim hadisələri təqdim edir:

1. 644-cü ildə İslamiyyətin 2-ci Xəlifəsi Hz. Ömər Mədinədə sübh namazını qılarkən Əbu Lüləe adlı təcavüzkarın bıcaqla hücumuna məruz qaldı. Təcavüzkar intihar etdi, Hz.Ömər 3 gün sonra dünyasını dəyişdi.

2. 1604-cü ildə Şeksprin “Otello” faciəsi ilk dəfə Londonda səhnəyə qoyulub.

3. 1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda baş verən güclü zəlzələ və sonra yaranan sunami 90 min nəfərin həyatına son qoydu.

4. 1800-cü ildə ABŞ prezidentlərinin iqamətgahı -Ağ Ev istifadəyə verilib.

5. 1923-cü ildə Mustafa Kamalın təşəbbüsü ilə Osmanlı İmperiyasında monarxiya rejimi ləğv edildi.

6. 1928-ci ildə Türkiyədə hərf inqilabı oldu.

7. 1955-ci ildə ABŞ-da sərnişin təyyarəsi Kolorado yaxınlığında partladı. Nəticədə 44 nəfər öldü.

8. 1970-ci ildə Fransada bir rəqs salonunda baş verən yanğında 144 nəfər həyatını itirdi.

9. 1 noyabr 1998-ci ildə Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.

10.  Azərbaycan Respublikasında Kənd təsərrüfatı işçiləri günüdür.

Orxan Saffari

Gununsesi.info