
Nigeriyada aylardır davam edən leysan yağışları nəticəsində meydana gələn daşqınlarda həyatını itirənlərin sayı 321-ə yüksəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Anambra qubernatoru Çukvuma Soludo paytaxt Abucadakı Prezident İqamətgahında keçirilən Milli İqtisadi Şuranın (NEC) iclasından sonra jurnalistlərə açıqlama verib.
Soludo aprel-oktyabr ayları arasında davam edən leysan yağışlar səbəbindən ölkənin 217 bölgəsində daşqınların baş verdiyini bildirib.
Seldə həyatını itirənlərin sayının 321-ə yüksəldiyini qeyd edən Soludo, 2 min 854 nəfərin yaralandığını bildirib.
Sellərdən 1 milyon 300 mindən çox insanın zərər çəkdiyini bildirən Soludo, “Sellər səbəbiylə 740 min 743 adam məcburi köçkün oldu, 281 min ev zərər gördü, 258 min ərazi su altında qaldı” deyib.
Qubernator Soludo, NEC-in Su Ehtiyatları və Kanalizasiya Nazirliyinə daşqının dağıdıcı təsirini azaltmağa yönəlmiş bir addım olaraq ölkənin su yollarının və bəndlərinin vəziyyətinin hərtərəfli bütövlüyünə baxılmasına başlamaq üçün göstəriş verdiyini bildirdi.
Orxan Saffari