Bu şəxslər dəmir yolundan pulsuz istifadə edəcək

“COP29 keçirildiyi ərəfədə akkreditasiyadan keçmiş şəxslər üçün Bakı dairəvi istiqamət üzrə hərəkət ödənişsiz olacaq”.

 
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, akkreditasiyadan keçmiş şəxslərlə bağlı rəsmi məlumat daxil olub və dərc olunub.