Günəş Mirzəyeva təqaüd proqramının qalibi oldu

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Biologiya müəllimliyi” ixtisasının builki məzunu Günəş Mirzəyeva Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2024/2025-ci tədris ili üzrə Çin Xalq Respublikasının Şanxay Universitetinə qəbul olub.

Gununsesi.info xəbər verir ki, o, 2024/2025-ci tədris ilində Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış 28 Azərbaycan vətəndaşından biridir.

Məzunumuzu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!