Bakıda şadlıq sarayından çıxan şəxsi avtomobil vurub

  • By Günel
  • 30 Oktyabr 2024 08:47

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, qəza Mikayıl Əliyev küçəsində baş verib.

1985-ci il təvəllüdlü Sadiq Şakir oğlu Babayev şadlıq sarayından çıxaraq yolun əks tərəfinə keçmək istəyərkən onu nəqliyyat vasitəsi vurub.

Yaralı qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Gununsesi.info