İsrailin şimalında raket hücumu nəticəsində 2 nəfər ölüb

İsrailin şimalında baş verən raket hücumunda 2 nəfərin öldüyü bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada ölkənin şimalındakı Qaliley və Hayfa bölgələrinə atılan raketlər səbəbilə sirenlərin çaldığı, bölgəyə təxminən 25 raket atıldığı, bəzilərinin hava ilə qarşısı alındığı bildirilib.

İsrailin Red Star of David təcili yardım xidməti ölkənin şimalında raket hücumları nəticəsində 2 nəfərin öldüyünü açıqlayıb.

Səhər saatlarında Livan sərhədində yerləşən Metula qəsəbəsinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

İsrail mətbuatı Metulada ölən 4 nəfərin əcnəbi kənd təsərrüfatı işçiləri olduğunu yazmışdı.

Orxan Saffari

Gununsesi.info