İran İsrailə zərbələr endirməyə hazırlaşır - Axios

İran çox güman ki, yaxın günlərdə İraqdan İsrailə qarşı hücuma hazırlaşır. Bu, ABŞ prezident seçkilərindən əvvəl baş verə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, İsrail kəşfiyyatı hücumun İraq ərazisindən çoxlu sayda pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edilməklə həyata keçiriləcəyini ehtimal edir.

Həmçinin qeyd olunur ki, İran tez bir zamanda zərbəyə hazırlaşa bilər.

ABŞ rəsmisi Axios-a bildirib ki, ABŞ bu qərarın verilib-verilmədiyini hələ bilmir.

 

 

Şəbnəm

Gununsesi.info