Cennifer Lopez amerikalılara çağırış etdi

Məşhur müğənni Lopez Trampın mitinqində çıxış edən komediya ustası Tony Hinchcliffe-ni Puerto-Rikonu “üzən zibil adası” ilə müqayisə etdiyi üçün tənqid edib və seçicilərini səs verməyə çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Lopez Nevadada Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris üçün keçirilən mitinqdə çıxışında bildirib.

 “Mən amerikalı qadınam. Puerto-Rikolu olmaqdan qürur duyan Guadalupe Rodriguez və David Lopezin qızıyam. Mən Puerto Rikoluyam” – deyə Lopez bildirib.

O, ailəsinin mənşəyi ilə fəxr etdiyini vurğulayıb.

Sözügedən irqçi zarafatdan təkcə Puerto-Rikoluların deyil, ölkədəki bütün latınların da incidiyinə diqqət çəkən Lopez, bu seçki sizin həyatınızla əlaqədardır. Bu, mənim, siz və uşaqlarımızla əlaqədardır. Sizi nəzərə alsınlar. Bu, Sənin səsin sənin gücündür”.

Lopez Demokratlar Partiyasından prezidentliyə namizədin siyasətini yüksək qiymətləndirərək Harrisin immiqrantların və işçilərin mənzil, təhsil, qida və əsas ehtiyaclarını ödəmək azadlığı kimi mövzularda mübarizə aparacağını bildirib.

 

Jennifer Lopezden latinlere oy verin çağrısı

Jennifer Lopezden latinlere oy verin çağrısı

Gununsesi.info