İtkin şəhid Ələkbər Babayev dəfn olundu - Yenilənir

Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən şəxslərdən biri də Ələkbər Əzizağa oğlu Babayev olub.

Gununsesi.info-nun AZƏRTAC-a istinadən məlumatına görə, 1992-ci il noyabrın 11-də Ağdərə rayonunda itkin düşən Ələkbərin nəşinin qalıqları Tərtər şəhər məzarlığında tapılıb.

Ələkbər Babayev bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

 

 

Gununsesi.info