Turist vizası ilə Amerikaya gedib konsert verənlərə QADAĞA

  • By ilhame
  • 30 İyun 2024 16:28

Sonuncu dəfə Amerikada olandan sonra problem yaşadım. Hətda Bakıya gələndə dəvət edib, izahat aldılar. Dedi ki, turist vizası ilə gedirsən və orada konsertə qatılırsan. İzah edə bilmədim ki, ölkəmdə tanınmış adamam, dəvət aldım və getdim. Vaxtilə Xalq artisti Mələkxanım Eyyubova ilə Amerikaya gedəndə deyiblər ki, oturduğun masadan durma. Videoya düşsən, olmaz“.

 

Gununsesi.info Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser-aparıcı tarix Əliyev “Xəbərin var?” proqramında deyib.

O, ABŞ-yə gedmə qadağası alan məşhurların adını açıqlayıb:

 

Damlanın Amerika vizasına səfirlik 1 il qadağa qoyub. Oğlu orada təhsil alır, gedib onun yanına və orada konsert dəvəti alıb. Xəbər tutublar və buna görə onun turist vizasına getməmiş imtina qoydular. Xalq artisti Gülyanaq Məmmədova da Amerikaya getmişdi, orada konsertlə çıxış etdi. Gələn kimi vizasına qadağa qoydular. Dostumuz Günay İbrahimlinin də vizasına qadağa qoyulub“.

Gununsesi.info