
“Roma Papası Fransiskin səhhəti ilə bağlı vəziyyət pisləşərsə, o, istefa verə bilər”.
Gununsesi.info xəbər verir ki, bu barədə kardinal Canfranko Ravazi İtaliyanın “RTL” radiosunun efirində danışıb.
Xatırladaq ki, Roma Papası ötən həftə xəstəxanaya yerləşdirilib. Daha sonradan, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və vəziyyətinin ağır olduğu bildirilib. Vatikan papanın vəziyyətinin gün keçdikcə pisləşdiyini açıqlayıb.