Pişik qatarla Londona getdi, pulsuz bilet aldı

Böyük Britaniyanın Surrey şəhərindən Londona gedən qatarla iki yaşlı pişik Tilli özü səyahət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bu macəra, onun sahibini təəccübləndirib. Pişiyin sahibi Maykl Hardi, Tilli’nin əvvəlcə avtobuslara minməsi və yerli pubın barına girməsi ilə tanındığını, lakin onu Londona gedən qatarla tapdıqda şok olduğunu bildirib.

Hardi, pişiyi qatarla Vaterlo stansiyasına getdiyini Apple cihazından tapıb. O, həmin vaxt Londonda işlədiyi üçün pişiyini götürmək üçün stansiyaya gedib.

South Western Railway şirkəti, Tilli üçün ömür boyu pulsuz səyahət etmək imkanı verən “Cat2Go” adlı smart kart təqdim edib. Bu kartla o, şirkətin bütün marşrutları üzrə istədiyi qədər səyahət edə biləcək.

Tilli, küçədə tapıldığı üçün sahibinə iki kiçik qız tərəfindən verilmişdi. Hardi və onun tərəfdaşı pişiyi sevərək özlərinə götürüblər.

Günel

Gununsesi.info