
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, Azərbaycana akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin Aviasiya Təmir Zavodunda olublar.
Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sonra nümayəndə heyəti zavodun istehsalat bölmələrini gəzərək təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər. Qonaqlar zavodda görülən işləri birbaşa müşahidə etməkdən məmnun olduqlarını bildirərək, burada tətbiq olunan texnologiyaları və mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndiriblər.
İştirakçılar bu cür tədbirlərin beynəlxalq hərbi əməkdaşlığın möhkəmləndirilməsində və təcrübə mübadiləsində əhəmiyyətli rolundan danışaraq səfərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.